Bakıda gecə saatlarında QƏZA
Bakıda iki minik avtomobilinin iştirakı ilə yol qəzası baş verib.
Redaktor.az Trend-ə istinadən bildirir ki, hadisə "Papanin" körpüsündə qeydə alınıb.
“Hyundai” və “Nissan” markalı avtomobillərinin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi yarasız vəziyyətə düşüb.
Qəza yerinə DYP əməkdaşları cəlb olunub. Hadisə səbəbindən şəhərin mərkəzi istiqamətində gedən yolda sıxlıq yaranıb.















