İsrailin Ayı fəth etmək planları PUÇ OLDU
İsrailin Ayı fəth etmək cəhdi fiaskoya uğradı.
Redaktor.az İsrail mediasına istinadən bildirir ki, 47 günlük səyahətin ardından Ayın səthinə enməyə cəhd edən “Bereşit” adlı kosmik aparat eniş edən zaman qəzaya uğrayıb. Bu məlumat uçuşların idarə olunduğu mərkəzdən verilib.
Hadisəyə münasibət bildirən İsrailin baş naziri Benyamin Netanyahu bir neçə ildən sonra Ayı fəth edəcəklərini qeyd edib. Uçuşların idarə olunduğu mərkəzdən açıqlama verən baş nazir 2,5-3 ildən sonra kosmik aparatın Ayın səthinə qəzasız enəcəyini də sözlərinə əlavə edib.
Qeyd edək ki, “Bereşit” kosmik aparatı 6,5 milyon kilometr məsafə qət edərək Aya çatmışdı. Eniş uğurlu olsaydı, İsrail Rusiya, ABŞ və Çindən sonra Ayı fəth edən 4 cü dövlət olacaqdı.
Rüfət Xəlil / REDAKTOR.AZ












