Bu məşhurların övladları HƏBS OLUNA BİLƏR
ABŞ-da nüfuzlu “Yale”, “Stanford”, “UCLA”, “Georgetown” , “Kaliforniya”, “Texas” və digər universtetlərə tanınmış şəxslərin övladlarının saxta yollarla qəbul olunması barədə araşdırmalar davam edir. Məlum olub ki, aralarında Hollivud ulduzları və idmançıların da olduğu bir neçə amerikalı rüşvət və saxta sənədlər təqdim edərək, övladlarının ali məktəblərə daxil olmasına nail olublar.
Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, onların arasında Haffman Felisiti, Lori Loklin və digərləri var. İstintaq ümumilikdə 50 məşhur ailəni və çox sayda ali məktəb rektorunu əhatə edir.
Hüquq-mühafizə orqanları həm valideynlərin, həm də övladlarının həbsini tələb edir. Şübhəlilərin günahı sübuta yetirilərsə, onları 24 aydan 20 ilə qədər həbs cəzası gözləyir.
Anar Türkeş / Redaktor.az












