Bakıda maşın qaçıran şəxs qəza törətdi

 14:58 12.04.2019     504

Aprelin 9-da saat 2 radələrində Səbail rayonunun Ü.Hacıbəyov küçəsindən Bakı şəhər sakini A.Qəhrəmanovun “Mercedes” markalı avtomobili qaçırılıb.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Zərdab rayon sakini M.Bəkirli tərəfindən qaçırılması və həmin gün saat 5 radələrində Q.Qarayev prospektində idarə edilərkən Bakı şəhər sakini G.Ağazadənin idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşması müəyyən edilib.

G.Ağazadəyə xəstəxanada ilkin tibbi yardım göstərilib.

M.Bəkirli 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən