Əlcəzairdə toqquşmalar davam edir - Polis avtomobili yandırıldı

 00:45 13.04.2019     479

Əlcəzairin mərkəzində polis və nümayişçilərin qarşıdurmaları yenidən başlayıb, etiraz edənlər polis avtomobilini yandırıblar.

Redaktor.az Trend-ə istinadən bildirir ki, polis əməkdaşları etirazçıların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Məlumata əsasən, nümayişçilər buna cavab olaraq polislərə daş atmağa başlayıblar. Əsas qarşıdurmalar Oden meydanı ətrafında baş verib.

Vumart və Güvən reklamı Vumart Güvən