Nardaranda əl qumbarası, partladıcı və avtomat patronları tapılıb
Nardaranda əl qumbarası, UZRQM partladıcısı və 10-dan çox avtomat patronu tapılıb.
Redaktor.az xəbər verir ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 13:10-da Dövlət Sərhəd Xidmətindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində 1 ədəd əl qumbarasının və patronların tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Hərbi təyinatlı obyektlərin ətrafında 2,500 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.












