İmişlidə qadın qətlə yetirildi -Meyiti morqa gətirən isə...
Ötən gün axşam saatlarında İmişli şəhərində qətl hadisəsi baş verib.
Redaktor.az-ın Report-a istinadən məlumatına görə, rayonun 1990-cı il təvəllüdlü Ölcələr kənd sakini Məmmədova Vahidə Mahmud qızı qətlə yetirilərək Araz çayı sahilinə atılıb.
Daha sonra meyiti morqa gətirən 1994-cü il təvəllüdlü Qulubəyli kənd sakini Surxayzadə Anar Füzuli oğlu da bıçaqlanıb.
İlkin məlumata görə, qadını rayonun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu qətlə yetirib. Meyiti gətirən sürücü A.Surxayzadəni isə qətlə yetirilmiş qadının əri Məmmədov Ümidvar Mustafa oğlu bıçaqlayıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.












