300 min dollarla Azərbaycandan qaçdı, Rusiyada ələ keçdi

 16:54 14.04.2019     354

Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasında Azərbaycan vətəndaşı saxlanılıb.

Redaktor.az Oxu.az-a istinadən bildirir ki, sərhəd-keçid məntəqəsində saxlanılan azərbaycanlı beynəlxalq axtarışda olub.

O, fırıldaq yolu ilə təşkilata 284 min dollar maddi ziyan vurmaqda ittiham olunur.

Azərbaycanda həmin şəxs haqqında qiyabi həbs-qətimkan tədbiri seçilib. Hazırda onun Azərbaycana ekstradisiyası ilə bağlı zəruri tədbirlər görülür.

Vumart və Güvən reklamı Vumart Güvən