Ziya Bünyadovda AĞIR QƏZA - Ölən var

 17:25 15.04.2019     403

Nərimanov rayonu Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, aprelin 13-də saat 6 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini Fazil Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayırıcısına vurub. Sürücü hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən