Maştağada yolu keçən piyadanı avtomobil vurub

 18:33 15.04.2019     431

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, aprelin 14-də saat 22 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini S.Məstanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Cəmil Xəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən