"Mazımçay"da narkotik keçirmək istəyən şəxs saxlanılıb

 15:17 16.04.2019     334

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşına məxsus əl çantası rentgendən keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub. Bundan sonra gömrükçülər tərəfindən həmin vətəndaşın əl çantasına baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Redaktor.az-a verilən məlumata görə, baxış zamanı çantadakı pul qabının içərisində gömrük orqanına bəyan olunmayan 2 ədəd bükülüdə 1 qram narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən