Salyanda dəhşətli hadisə - 3 yaşlı uşaq suda boğuldu
Salyan rayonunun Həsənli kəndində bədbəxt hadisə baş verib.
Redaktor.az virtualaz.org-a istinadən bildirir ki, 2016-cı ildə anadan olmuş Hüseyn Anar oğlu Güləliyev valideynlərinin diqqətindən yayınaraq həyətlərindəki su hovuzuna düşüb və boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.












