Telman İsmayılova qarşı cinayət işi açıldı
İsveçrə məhkəməsi iş adamı Telman İsmayılova qarşı cinayət işi açılıb.
Redaktor.az “Kommersant qəzetinə istinadən məlumat verir ki, o, 3 maddə üzrə şübhəli bilinir. Moskvanın Çerkizovski bazarının keçmiş sahibi borclunun əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə, kreditorun zərərinə aktivlərin azaldılmasında və aktivlərin çıxarılmasında şübhəli bilinir.
İddiaçılar məhkəmə yoluyla onlara dəyən zərərin ödəniləcəyinə ümidlidir. Məlumata görə, iş adamının günahı sübuta yetirilərsə, onu 3 ildən 5 ilədək həbs cəzası gözləyir.
Anar Türkeş / Redaktor.az












