Qaradağda yol qəzası baş verib - Ölən var

 13:11 18.04.2019     423

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, aprelin 18-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Şabran rayon sakini V.Səlimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Əli Əsgərovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən