Suraxanıda piyadanı maşın vurub

 04:27 19.04.2019     310
Bakının Suraxanı rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
 
Redaktor.az "Report"-a istinadən xəbər verir ki, Duzlu göl istiqamətində hərəkətdə olan "Ford tranzit" markalı avtomobil 1985-ci il təvəllüdlü Vahid Nuriyevi vurub.

Hadisəni törədən şəxs (adı-soyadı hələ ki, məlum deyil) yaralını dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparıb. Zərərçəkmiş döş qəfəsi və kəllə-beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən