FHN çarpayıdan yıxılan ağırçəkili kişini xilas etdi

 10:12 19.04.2019     266

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda çarpayıdan yıxılan ağırçəkili kişiyə müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış ünvanına gələrək vətəndaşa müvafiq köməklik göstərib.

Əməliyyat başa çatıb.