Xaçmazda yanğın olub - FHN

 10:58 19.04.2019     382

Xaçmaz rayonunun Müqtədir qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli 6 otaqlı tikilinin (arakəsmə divarları taxta konstruksiyalardan ibarətdir) yanar konstruksiyaları və içərsindəki əşyalar 50 m² sahədə, dam örtüyü 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, yanğın zamanı həcmi 30 litr olan 3 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən