Bakıda restoranda baş verən yanğın söndürülüb

 12:36 19.04.2019     315

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 100 m² olan restoranda 1 ədəd səsgücləndirici cihaz və 1 ədəd masa yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, restoran və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.