Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

 19:01 19.04.2019     330

Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, aprelin 15-də saat 9 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Kərimov idarə etdiyi “Toyota” markalı avtomobillə paytaxt sakini Sona Binnətəliyevanı vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada aprelin 18-də orada ölüb.

Araşdırmalar aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən