Paytaxtın Xətai rayonunda anbar yanıb

 00:27 20.04.2019     293

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, şəhərin Xətai rayonunda ümumi sahəsi 600 m² olan istifadəyə yararsız anbarın yanar konstruksiyaları və içərisində taxta tullantıları 120 m² sahədə yanıb.

Anbarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Vumart və Güvən reklamı Vumart Güvən