Bakıda 81 yaşlı kişini maşın vurdu

 04:27 20.04.2019     419

Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az Oxu.az-a istinadən  xəbər verir ki, rayonun Cəfər Xəndan küçəsi ilə hərəkətdə olan 99 DX 510 dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobili “Ballı” şadlıq evinin qarşısında yolu keçmək istəyən piyada, 81 yaşlı Şəmmədov Elman Fərrux oğlunu vurub. 

Hadisə yerinə DYP və PPX əməkdaşları cəlb olunub.

Elman Şəmmədov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən