Ağdaşda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var
Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Ağdaşın Ləki qəsəbəsində qeydə alınıb.
"VAZ 2115" markalı minik avtomobili ilə "KaMAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Xankişiyev Taleh Dünyamin oğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağırlaşdığı üçün sonradan müalicə üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.












