Bakının mərkəzi küçələrində işıqforlar xarab oldu - VİDEO

 22:00 20.04.2019     372

Bakının mərkəzi küçələrində işıqforlar işləmir.

Redaktor.az xəbər verir ki, hadisə şahidlərinin Report-a verdiyi məlumata görə, işıqforlardakı nasazlıq səbəbindən iki küçədə qəza şəraiti yaranıb.

Belə ki, Xətai rayonu, Yusif Səfərov küçəsində işıqforun fəaliyyətindəki nasazlıqlar nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradıb. İşıqforun qırmızı işığının düzgün işləməməsi sürücüləri çaşdırıb.

Bu problem, piyada zolağından istifadə edən sakinlərin həyatı üçün də təhlükəli vəziyyət yaradıb.

Digər analoji hadisə isə Nəsimi rayonunun 28 May küçəsində yaşanıb. Belə ki, işıqforun işləməməsi səbəbindən yolu keçmək istəyən piyadalar təhlükə ilə üzləşiblər. Bu da sürücü və piyadalar arasında çaşqınlıq yaradıb.

Vumart və Güvən reklamı Vumart Güvən