İtkin düşən 23 yaşlı qız tapıldı

 23:27 20.04.2019     471

Bakıda itkin düşən qız tapılıb.

Redaktor.az Publika.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 52-də yaşayan, 1996-cı il təvəllüdlü Rüstəmzadə Anagil İlqar qızı aprelin 14-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rüstəmzadə aprelin 18-də tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən