Bakıdakı avtobus qəzasından SON MƏLUMAT - Yaralılar...

 15:17 21.04.2019     502

Yaralılar artıq evə buraxılıb.

Bakının Binəqədi rayonunda sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 5 nəfər evə buraxılıb.

Bu barədə REDAKTOR.AZ-a 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, 5 yaralıların hər biri artıq evə buraxılıb:

"Yaralılar ambulator müayinədən sonra evə buraxılıb. Onların səhhətində həyati təhlükə yoxdur".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Gülşən Şərif / Redaktor.az