İtdən qaçan yeniyetmə maşın altına düşdü

 22:49 21.04.2019     275

Şirvanda 15 yaşlı oğlanı avtomobil vurub. 

Redaktor.az xəbər verir ki, ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 20.00 radələrində H.Əliyev prospektində baş verib. 

Şirvan sakini, 2004-cü il təvəllüdlü Bayramov İslam Vahid oğlu it hücumuna məruz qalıb.

Bu zaman qəfildən yola qaçan yeniyetməni “Pajero” markalı avtomobil vurub.

Xəsarət alan yeniyetmə sürcü tərəfindən Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

Onun yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.