Yevlaxda dəhşətli hadisə - 14 yaşlı qız zəhərlənərək öldü

 04:18 23.04.2019     453

Yevlax rayonunda 14 yaşlı qız kimyəvi maddədən zəhərlənərək ölüb.

Redaktor.az Report-a istinadən xəbər verir ki, rayonun 2005-ci il təvəllüdlü Hacimahmudlu kənd sakini İsmayılova Ziyafət Elnur qızı yaşadığı evdə ev quşları üçün nəzərdə tutulan dərmanı duz əvəzi yumurtanın üstünə səpərək yeyib.

Nəticədə zəhərlənən yeniyetmə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.

Vumart və Güvən reklamı Vumart Güvən