Ələt-Astara yolunda qəza - 4 yaralı

 06:31 23.04.2019     339

Ələt-Astara avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin havanın yağışlı olması səbəbindən yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə 1 ailənin 4 üzvü - Xırdalan şəhəri, Cavanşir küçəsində yaşayan 72 yaşlı Novruzova Qəmər, 45 yaşlı Novruzova Afət, 23 yaşlı Novruzova Nuranə və 6 aylıq körpə Ocaqverdiyeva Zeynəl Qafqaz qızı xəsarət alıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar ilkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılıblar.