Füzulidə 5 otaqlı ev yanıb

 06:54 23.04.2019     323

Füzuli rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, rayonun Yuxarı Kürdmahmudlu kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 42 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.