Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib

 09:16 23.04.2019     326

Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilib.

Redaktor.az-ın məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Neftçala Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmələri tapşırılır.