Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

 10:19 23.04.2019     324

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, deputatlar iclasın əvvəlində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsini müzakirə edəcəklər.

Daha sonra Mülki, İnzibati Xətalar və Su məcəllələrinə, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əmək pensiyaları haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Lisenziya və icazələr haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında" və digər qanunlara dəyişikliklər müzakirə olunacaq.

Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.