Saziş bu tarixdə imzalanmayacaq – XİN təkzib etdi

 18:22 23.04.2019     585

Azərbaycanla Avropa İttifaqı arasında Sazişin məhz bu il mayın 13-də imzalanması nəzərdə tutulmayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Redaktor.az-a açıqlamasında mətbuatda bu il mayın 13-də Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanacağı ilə əlaqədar yayılan məlumata münasibət bildirib.

“Azərbaycan ilə Avropa İttifaqı arasında Sazişin məhz bu il mayın 13-də imzalanması nəzərdə tutulmayıb. Çünki, ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar hələ ki, davam etdirilir” - Leyla Abdullayeva deyib.

Firuzə Vahid / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən