Qaxda avtomobil yanıb - FOTO

 19:58 23.04.2019     429

Qax rayonunda avtomobil yanıb.

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə bugün rayonun Fısdıqlı kəndində baş verib.

Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Məhəmməd Şükür oğlu Sadıqova məxsus 34-BC-322 dövlət qeydiyyat nişanlı "QAZ-24" markalı xırdatutumlu yük avtomobili hərəkətdə olarkən anidən alışıb.

Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində avtomobilin mühərrik və salonu yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən