İlham Əliyevlə Vladimir Putinin görüş tarixi bəlli oldu

 20:57 23.04.2019     567

Prezident İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinlə 26 apreldə Çində görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov məlumat verib.

“26 apreldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş nəzərdə tutulub. Bir müddət əvvəl prezidentlər telefonla danışaraq aktiv dialoqları artırmağa qərar veriblər”-, deyə Uşakov qeyd edib.

Rüfət Xəlil / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən