Yasamalda qadını maşın vurub

 22:10 23.04.2019     380

Bakının Yasamal rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, Şəfayət Mehdiyev küçəsində yolu keçmək istəyən qadını (ad-soyad hələ ki, məlum deyil) maşın vurub.

Yaralı sürücü tərəfindən dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Qadın kəllə- beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən