Bakı sakininə zor tətbiq edən şəxslər tutulub

 14:41 24.04.2019     295

Bakı şəhər sakini Ə.Bəkirov aprelin 21-də saat 23 radələrində Salyan şosesi küçəsi ilə gedərkən 2 nəfərin hücumuna məruz qalıb. Həmin şəxslər ona zor tətbiq edərək 230 manatını alıblar. Zərərçəkmiş bu barədə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri C.Ağayev və V.Paşayev qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən