Qobustanda mağazadan pul oğurlanıb - DİN

 17:19 24.04.2019     388

Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə aprelin 23-də saat 1 radələrində Qobustan qəsəbəsi ərazisindəki mağazaların birindən 970 manat pul oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşları hadisə yerində olub, müvafiq araşdırmalar aparıblar.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini G.Nəbiyev saxlanılıb.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən