Balakəndə evdə marixuana və çətənə kolları aşkarlanıb

 19:43 24.04.2019     458

Balakən Rayon Polis İdarəsinin əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib. 

Redaktor.az "Report"-a istinadən xəbər verir ki, rayonun Gərəkli kənd sakini Arzu Kiçiliyevanın yaşadığı evə baxış zamanı hissələrə bölünmüş ümumi çəkisi 304 qram qurudulmuş marixuana, evin həyatyanı sahəsindən isə 36 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb

Faktla bağlı Balakən Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən