Bakıda 48 yaşlı kişi qarət olundu - PARKDA

 01:40 25.04.2019     452

Bakı sakini küçədə qarət olunub.

Redaktor.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsindəki parkda baş verib.

1971-ci il təvəllüdlü Bəkirov Əliyar Əlsuvarv oğlu gecə saatlarında parkda olarkən Ağayev Cuanşir Kommunist oğlu və Paşayev Vüqar Şaban oğlu onun qarşısını kəsərək hədələyiblər. Daha sonra 230 manat pulunu götürüb hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən şəxslər saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən