Tural Gəncəliyevdən Dağlıq Qarabağdan olan gənclərə MÜRACİƏT

 17:16 24.04.2019     433

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın sədri Tural Gəncəliyev Dağlıq Qarabağdan olan gənclərə müraciət edib.

Redaktor.az-ın məlumatına görə, "Qondarma "erməni soyqırımı": Əsassız iddialar və tarixi faktlar" mövzusunda keçirilən tədbirdə çıxış edən T. Gəncəliyev gəncləri sosial şəbəkələrdə erməni təbliğat maşınına qarşı aktiv olmağa çağırıb:

"Gənclər sosial şəbəkələrdə aktiv olmaqla, erməni təbliğat maşınına qarşı mübarizəyə öz töhfələrini verə bilər. İndi dünyada insanın özü tərəfindən çəkilən video-çarx, audio-yazılar daha effektiv olur. Gəncləri öz ideyalarını bizimlə bölüşməyə çağırıram. Bunu da qeyd edim ki, 10 milyon azərbaycanlı bizim icmanın üzvüdür".

Vumart və Güvən reklamı Vumart Güvən