Paytaxt yollarında SON VƏZİYYƏT - DYP-dən açıqlama

 17:12 25.04.2019     619

Pik saatlarda paytaxtın bir çox küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Yollardakı ümumi vəziyyətlə bağlı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Redaktor.az-a açıqlama verib. O, bildirib ki, tıxacın yaranmasına səbəb sürücülərin qaydalara düzgün əməl etməməsidir:

“Formula 1 yarışı ilə əlaqədar paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb. Bu baxımdan, süni sıxlıq yaranır. Yol polisləri Bakı Şəhər Halqası üzrə sıxlıq və tıxacların yaranmaması üçün gücləndirilmiş iş rejimində xidmət aparır. Bütün ərazilər nəzarətə götürülüb və hərəkət tənzimlənir. Yarışların baş tutacağı küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdirilib. Məsələn, Səməd Vurğun küçəsinin hər iki tərəfi, Əhməd Cavad küçəsinin əks istiqaməti hərəkət üçün nəzərdə tutulub. Tıxacların yaranmasına təsir edən səbəblərdən biri dayanma-durma və saxlanma tələblərinin düzgün yerinə yetirilməməsidir. Əməkdaşlarımız bu cür faktların qarşısını almağa çalışır”.

DYP rəsmisi onu da qeyd edib ki, pik saatlarda nəqliyyat sıxlığının qarşını almaq, piyadaların təhlükəsizliyi təmin etmək üçün küçə və prospektlərdə yol patrul xidməti əməkdaşlarının sayı artırılır.

Qeyd edək ki, Formula 1 Qran-Prisi 26-28 aprel tarixlərində keçiriləcək.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən