Diqqət! Bu yollarda rənglənmə işləri aparılacaq

 18:00 25.04.2019     439

Paytaxtın bir sıra mərkəzi küçələrində üfüqi nişanlanma xətləri çəkiləcək.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Redaktor.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri Mehdi Hüseyn, Teymur Elçin, Lermontov va İstiqlaliyyat küçələrində, həmçinin İnşaatçılar, Nərimanov, Parlament, Hüseyn Cavid prospektlərində və Hüseyn Cavid parkının ətrafında 25, 26 və 27 aprel tarixlərində saat 22:00-dan 6:00-a kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Vumart və Güvən reklamı Vumart Güvən