İtkin düşən 35 yaşlı qadın tapıldı - Bakıda

 04:12 26.04.2019     317

Bakıda itkin düşən qadın tapılıb.

Redaktor.az-ın məlumatına görə, hadisə aprelin 22-də Sabunçu rayonu ərazisində baş verib.

1984-cü il təvəllüdlü Xasıyeva Günel Abbasəli qızı aprelin 22-də Sabunçu rayonu ərazisində itkin düşüb.

Ailə üzvlərinin müraciətindən sonra polis araşdırmalara başlayıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində G.Xasıyeva tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən