Yevlaxda azyaşlını avtobus vurub öldürdü

Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, aprelin 25-də saat 7 radələrində Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində şəhər sakini A.Qasımov idarə etdiyi “PAZ-3205” markalı avtobusla yolu keçən kənd sakini, azyaşlı Ləman Əsgərovanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.