SON DƏQİQƏ! - Azərbaycanlı aktrisa QƏZAYA DÜŞDÜ

 22:49 26.04.2019     8536

Aktrisa Mehriban Xanlarova yol qəzası keçirib.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, hadisə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib.

Hadisə nəticəsində aktrisanın ayağı sınıb. Onun yanında sərnişin qismində rəfiqəsi də olub, həmin qadın isə kəllə-beyin travması alıb.

Hər iki yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Avtoqəzanın təfərrüatları araşdırılır.