Məktəbliləri aparan mikroavtobus qəzaya düşdü - Yevlaxda

 00:45 27.04.2019     423

Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Redaktor.az Report-a istinadən bildirir ki, Bayraq meydanının yaxınlığında "Mercedes" markalı mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar - 1991-ci il təvəllüdlü İlyaslı İlyas Ramiz oğlu, 1963-cü il təvəllüdlü Təranə Paşayeva və 2006-cı il təvəllüdlü Polad Niyazlı xəstəxanaya yerləşdirilib.

Qəzaya düşən mikroavtobusda Bakı şəhərində təşkil olunmuş idman yarışından qayıdan məktəblilər, onların müəllimləri və valideynləri olub.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən