Goranboyda qadın əri tərəfindən bıçaqlanıb

 08:19 27.04.2019     353

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az Report-a istinadən bildirir ki, rayonun 1978-ci il təvəllüdlü Dəliməmmədli şəhər sakini K.Tağıyeva ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanıb.

Döş qəfəsindən bir neçə bıçaq yarası alan qadın Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib. O, cərrahiyyə əməliyyatı olunub və vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.