Su anbarına düşən şəxsin meyiti tapılıb - FHN

 12:09 27.04.2019     285

Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarında batdığı ehtimal edilən 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışları başa çatıb.

Redaktor.az-a FHN-dən verilən məlumata görə, V.Dilənovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.