Cessi Cey Bakıdadır: 32 nəfərlə gəlib - VİDEO

 15:33 27.04.2019     449

Bu gün “Formula-1” Qran-Prisi çərçivəsində Bakıda britaniyalı məşhur müğənni Cessi Ceyin solo konserti keçiriləcək. 

Redaktor.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Kristal Zalında 21:00-da başlayacaq konsertə Cessi 32 nəfərlik heyətlə gəlib.

“İnstagram” hesabının “tarix” bölümündə video paylaşan Cessi “Azərbaycan, sizin üçün gəlirik” sözlərini dilə gətirib. 

Qeyd edək ki, “Formula-1” Qran-Prisi çərçivəsində dünyaşöhrətli müğənni Sem Smitin planlaşdırılan konserti ləğv olunub. Semi isə Cessi Cey əvəz edib. 

Aprelin 28-i isə, dünya şöhrətli amerikalı hip-hop ifaçısı Kardi Binin konserti baş tutacaq. Sənətçi Bakı Kristal Zalının səhnəsində çıxış edəcək.