Sürücü sükan arxasında yuxuladı, dəhşətli qəza oldu: AZƏRBAYCANDA - VİDEO

 15:46 27.04.2019     385

Azərbaycanda yuxulu sürücünün törətdiyi yol qəzası kameraya düşüb.

Redaktor.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə bölgələrindən birində baş verib. "Lada Priora" markalı avtomobilin sürücüsü sükan arxasında yuxulayıb. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə yolun sağ hissəsinə çıxıb, sürücü ayrıldıqdan sonra isə həyəcanlı olduğu üçün idarəetməni itirərək maşını yolun soluna qəfildən çəkib. Bu zaman arakəsməyə dəyən maşının istiqaməti dəyişib. Bundan sonra isə avtomobil aşıb.

Hadisə zamanı ölüm faktı olmasa da xəsarət alanlar olub. Həmin görüntüləri təqdim edirik və sürücülərə tövsiyə edirik ki, yorğun və yuxulu halda sükan arxasına əyləşməsinlər. Yuxu hiss etdikdə isə yol polisinin stosionar postlarında qısamüddətli istirahət etsinlər.

Yaxud başqa sürücülük hüququ olan şəxs varsa avtomobili növbəli şəkildə idarə etsinlər.